AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev müdafiə və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn NATO katibinin Müdafiə Siyasəti və planlaşdırma üzrə köməkçisi Jire Şedivini qəbul edib.
Görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri və regional məsələlər nəzərdən keçirilib.