Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 1-də Azərbaycana rəsmi səfər edən Çexiya Respublikası  nazirinin müavini - müdafiə naziri Martin Bartakın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.  
Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etdikdən sonra çexiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səslənib. Sonra nümayəndə heyətlərinin geniştərkibli görüşündə Çexiya ilə Azərbaycan arasında hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Münaqişənin aradan qaldırılması ilə əlaqədar 15 ildən artıq Minsk Qrupu tərəfindən aparılan danışıqların konkret bir nəticə vermədiyini çexiyalı həmkarının diqqətinə çatdıran nazir Səfər Əbiyev bildirib ki, Azərbaycanın güc yolu ilə də olsa, öz torpaqlarlmının erməni işğalından azad etməkdən başqa  yolu qalmır. Çünki Ermənistan münaqişənin dinc şəkildə nizamlanmasını arzulamır.
Sonda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çexiya Respublikasının Müdafiə Nazirliyi arasında ilk dəfə olaraq, “Müdafiə sahəsində  əməkdaşlıq haqqında saziş” imzalanıb.