Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 5-də Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Tariq Məcidin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Tariq Məcidin Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Hər iki  ölkənin dövlət himnləri səsləndikdən sonra tərəflər arasında görüş keçirilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə müdafiə naziri S.Əbiyev qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Hər iki ölkə arasında mövcud olan hazırkı çoxşaxəli hərbi-siyasi əməkdaşlıq münasibətlərinin gələcəkdə də inkişaf etdirilməsi görüş zamanı əsas müzakirə mövzusu olub. Həmçinin hər iki regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərə toxunulub.
Görüşdə hər ki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak edib.