AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 17:50-dən 18:10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vosgevan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndindəki üzbəüz mövqelərimizi;- saat 20:10-dan 20:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikası ilə Amerika Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Rabitənin əsasları mövzusunda seminar (01-05 iyun); Sülhməramlı əməliyyatların keçirildiyi ərazilər üzrə kəşfiyyat dəstəyi mövzusunda seminar (08-12 iyun); Çavuş hazırlığı kursu (08-13 iyun); Ramstain şəhərində (Almaniya) ABŞ HHQ-nin Avia-Kosmik Əməliyyatlar Mərkəzi ilə tanışlıq (01-05 iyun); San-Antonio şəhərində (ABŞ) Rabitə kapitanları kursu (10 iyun 2009 – 08 aprel 2010); Sofiya şəhərində (Bolqarıstan) Qara Dəniz və Xəzər dənizi təhlükəsizliyi üzrə 4-cü simpozium (13-16 iyun);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Döyüşə hazırlıq və davamlılıq mövzusunda təlim (01-14 iyun); Kayseri şəhərində Sərbəst paraşüt kursu (0liyun-24iyul); Ankara şəhərində Hərbi texnikanın taktiki texniki xüsusiyyətlərinin öyrənilməsi üzrə praktiki təlim (02-05 iyun); Hədəf-təyyarələrin istifadə olunması ilə təşkil ediləcək atışlı təlimdə iştirak (09-10 iyun); İstanbul şəhərində “İpək Yolu-2009” general/admiral seminarı (22-23 iyun); Azərbaycan Respublikası ilə İordaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Amman şəhərində Müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyanın 2-ci görüşü (01-04 iyun); “İordaniya SQ-nin komanda, nəzarət, rabitə, kompüter və informasiya (C4 I) sistemi ilə tanışlıq səfəri» (07-09 iyun);Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində “Sülhü Dəstəkləmə əməliyyatları üzrə taktiki ingilis dili kursu” (01-12 iyun); “Təşkilati proseslərin təkmilləşdirilməsi kursu” (08-12 iyun);Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ştrausberq şəhərində Silahlı Qüvvələr Demokratiyada/mülki heyətin idarə olunması, təhsili və karyera strukturu mövzusunda seminar (15-19 iyun); Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert danışıqları (29 iyun-02 iyul) keçirilir.
-Omsk şəhərində (Rusiya Federasiyası) VTTV Omsk 2009 Müdafiə sərgisi (02-06 iyun); Sankt-Peterburq şəhərində MSVS Müdafiə sərgisi (24-28 iyun);-Afina şəhərində (Yunanıstan) Cənubi Qafqaz və Moldova “Clearing House” konfransı (03-05 iyun);-Bidqoş şəhərində (Polşa) “Beynəlxalq Müdafiənin Transformasiyası” mövzusunda seminar (15-18 iyun) keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərafdaşlıq” proqramı çərçivəsində:- Bakı şəhərində NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun Çoxmillətli Birgə Tapşırıq Qüvvələrinin (CJTF) sahələri üzrə təlim kursu (08 -12 iyun);- Oberammerqau şəhərində (Almaniya) NATO İctimai Əlaqələr kursu (08-19 iyun);- Zaqreb şəhərində (Xorvatiya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu (CREVAL) (15-19 iyun);- Madrid şəhərində (İspaniya) Quru Qoşunları rabitə və informasiya sistemləri üzrə işçi görüşü (16-18 iyun);- Bulboaca şəhərində (Moldova) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy (OCC E&F) Proqramı çerçivəsində Quru Qoşunları üzrə qiymətləndiricilər üçün təlim kursu (22-26 iyun);Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün hərbi terminologiya kursu (22 iyun-03 iyul);Muğla şəhərində (Türkiyə) Kooperative Mako 2009 təlimində iştirak (27 iyun-12 iyul) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 12:30-da Tərtər rayonunun Çaylı kəndinin yaxınlığındakı postun qarşısında və saat 19:20-də Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndinin yaxınlığındakı postun qarşısında yanğın törətmiş;-saat 18:05-dən 19:05-dək fasilələrlə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.