Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2009 00:04

N saylı hərbi hissənin əsgəri Elman Firavan oğlu Dadaşovun oğurlanması barədə mətbuatda yanlış məlumatlar yayılıb.

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2009 00:03

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:-İzmir şəhərində (Türkiyə) “Cooperative Arcer 2009” təliminin əsas planlaşdırma konfransı” (03 -05 fevral); - Andermat şəhərində (İsveçrə) Dağ uçqunları üzrə təlim kursu (04-20 fevral);- Bakı şəhərində NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının “Çavuşlar üçün Birləşmiş Səyyar Təlim və Tədris Qrupunun (Çavuşların müxtəlif funksional sahələri üzrə təlim kursu” (09-13 fevral); - Qarmiş şəhərində (Almaniya) Dil testi seminarı (09-20 fevral);- Glattbrugg şəhərində (İsveçrə) NATO hərbi hazırlıq və təlim üzrə konfrans (10-11 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2009 00:02

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində “Rabitə operatorları” təlim kursu (16-27 fevral); Briqada komandanlığı və döyüş qərargahının əməliyyat təlimləri üzrə təcrübə mübadiləsi adlı seminar (09-13 fevral); Strateji Müdafiə İcmalı (SMİ) üzrə işçi qrupunun növbəti iclası (16-20 fevral); San-Antonio şəhərində Maddi Texniki Təminat zabiti kursu (04 fevral-23 sentyabr); Rabitə zabitinin təməl kursu (11fevral-29iyul); Hərbi Dəniz Qüvvələri Komanda və Qərargah Akademiyası (11 fevral 2009-18iyun 2010); Münhen şəhərində (Almaniya Federativ Respublikası) Təhlükəsizlik məsələləri və onların həlli mövzusunda simpozium (02-05fevral); Ştutqard şəhərində (Almaniya) Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq üzrə işçi görüşü (16-20 fevral); Manama şəhərində (Bəhreyn Krallığı) Dəniz infrastrukturunun mühafizəsi mövzusunda simpozium (03-05 fevral);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində Refraktiv cərrahiyəsi kursu (06 fevral-09 iyun); İstanbul şəhərində “Gizirlər üçün Kütləvi Qırğın Silahlarından qorunma kursu” (09 fevral-13 mart); Briqada və korpus əməliyatlarına dair mövzunu Azərbaycan Hərbi Akademiyasında tədris edən müəllimlərin Türkiyə Hərbi Akademiyalarında həmin mövzu üzrə tədris prosesində iştirakı (16-27 fevral);Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Liyepaya şəhərində “Beynəlxalq gəmi dalğıcları kursu” (18 fevral-27 mart) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2009 00:01

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:- Dombas şəhərində (Norveç) “Qış şəraitində döyüş kursu” (02-20 fevral);- Berlin şəhərində (Almaniya Federativ Respublikası) 12-ci Polis konqresində iştirak (10-11 fevral);- Ankara şəhərində (Türkiyə) “JCATS proqramı ilə rəqəmsal xəritə kursu” (09-13 fevral); Terrorizmlə mübarizənin hüquqi aspektləri (16-20 fevral);- Odessa şəhərində (Ukrayna) Sea Breeze 2009 təliminin əsas planlaşdırma konfransı (04-06 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 08:20-dən 08:50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:00-dan 16:15-dək və 22:00-dan 22:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 19:30-dan 19:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.