N saylı hərbi hissənin əsgəri Elman Firavan oğlu Dadaşovun oğurlanması barədə mətbuatda yanlış məlumatlar yayılıb. Bildirilir ki, guya əsgər Dadaşov məzuniyyətdə olduğu müddətdə, yəni yanvarın 28-də Bakının Nəsimi rayonu ərazisində naməlum şəxslər tərəfindən oğurlanıb. Aparılan araşdırmalar zamanı aydın olub ki, belə bir hadisə baş verməyib. Məzuniyyəti bitirib vaxtında hərbi hissəyə qayıtmadığına görə əsgərin özü bilərəkdən belə bir yalan uydurub. Məsələ ilə bağlı artıq onun barəsində inzibati cəza tədbiri görülüb.