Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 08:20-dən 08:50-dək Füzuli rayonunun  Horadiz  kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:00-dan 16:15-dək və  22:00-dan 22:10-dək Xocavənd  rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:30-dan 19:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və  pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
 İtki yoxdur.