Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:03

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:-İselsberq şəhərində (Avstriya) Hərbi Attaşelər üçün informasiya həftəsi (22-28 fevral);- Cenevrə şəhərində (İsveçrə) Hərbi Attaşelərin 5-ci tanışlıq modulu (23-26 fevral);-Monterey şəhərində (ABŞ) Müdafıə institutlarında vəhdətin yaradılması mövzusunda konfrans (25-27 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:02

-Belqrad şəhərində (Serbiya) MEDCEUR-2009 təliminin əsas planlaşdırma konfransı (23-27 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırılığının qiymətləndirilməsi kursu (CREVAL) (23-27 fevral);- Bakı şəhərində NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının qərargahının ekspert qrupunun Azərbaycan MN-nin nümayəndələri ilə ekspert işçi görüşü (24-26 fevral);- Ankara şəhərində (Türkiyə) İnsan alverinə qarşı mübarizə kursu (23-27 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 20:15-dən 20:30-dək və fevralın 19-da saat 01:00-dan 01:10-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 18 Fevral 2009 00:01

19 fevral 2009-cu il tarixdə Polşa Respublikasının Krakov şəhərində NATO ölkələrinin və Əfqanıstana töhfə verən dövlətlərin müdafiə nazirlərinin görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 18 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 17-də saat 13:00-dan 13:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 15:00-dan 15:35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 15:55-dən 16:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 17 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 16-da saat 18:00-dan 18:10-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini; - saat 10:00-dan 10:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:15-dən 23:17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;-fevralın 17-də saat 00:25-dən 00:26-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 16 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 15-də saat 14:45-dən 17:25-dək, 19:15-dən 23:15-dək və fevralın 16-da saat 06:40-dan 06:45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 20:45-dən 21:05-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:15-dən 21:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 14 Fevral 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 13-də saat 13:20-dən 13:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 13 Fevral 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 12-də saat 22:10-dan 22:24-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- fevralın 13-də saat 01:30-dan 01:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 04:45-dən 05:10-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.