Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 15-də saat 14:45-dən 17:25-dək, 19:15-dən 23:15-dək və fevralın 16-da saat 06:40-dan 06:45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qorqan  kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 20:45-dən 21:05-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:15-dən 21:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.