NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırılığının qiymətləndirilməsi kursu (CREVAL) (23-27 fevral);
- Bakı şəhərində NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının qərargahının ekspert qrupunun Azərbaycan MN-nin nümayəndələri ilə ekspert işçi görüşü (24-26 fevral);
- Ankara şəhərində (Türkiyə) İnsan alverinə qarşı mübarizə kursu (23-27 fevral) keçirilir.