AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
19 fevral 2009-cu il tarixdə Polşa Respublikasının Krakov şəhərində NATO ölkələrinin və Əfqanıstana töhfə verən dövlətlərin müdafiə nazirlərinin görüşü keçiriləcək. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev həmin görüşdə iştirak edəcəkdir.
Geniş formatlı bu tədbirdə regional təhlükəsizlik, NATO çərçivəsində əməkdaşlıq və Əfqanıstandakı mövcud vəziyyət barədə məsələlər müzakirə olunacaqdır.