Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində “Rabitə operatorları” təlim kursu (16-27 fevral); Briqada komandanlığı və döyüş qərargahının əməliyyat təlimləri üzrə təcrübə mübadiləsi adlı seminar (09-13 fevral); Strateji Müdafiə İcmalı (SMİ) üzrə işçi qrupunun növbəti iclası (16-20 fevral); San-Antonio şəhərində Maddi Texniki Təminat zabiti kursu (04 fevral-23 sentyabr); Rabitə zabitinin təməl kursu (11fevral-29iyul); Hərbi Dəniz Qüvvələri Komanda və Qərargah Akademiyası (11 fevral 2009-18iyun 2010); Münhen şəhərində (Almaniya Federativ Respublikası) Təhlükəsizlik məsələləri və onların həlli mövzusunda simpozium (02-05fevral); Ştutqard şəhərində (Almaniya) Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq üzrə işçi görüşü (16-20 fevral); Manama şəhərində (Bəhreyn Krallığı) Dəniz infrastrukturunun mühafizəsi mövzusunda simpozium (03-05 fevral);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində Refraktiv cərrahiyəsi kursu (06 fevral-09 iyun); İstanbul şəhərində “Gizirlər üçün Kütləvi Qırğın Silahlarından qorunma kursu” (09 fevral-13 mart); Briqada və korpus əməliyatlarına dair mövzunu Azərbaycan Hərbi Akademiyasında tədris edən müəllimlərin Türkiyə Hərbi Akademiyalarında həmin mövzu üzrə tədris prosesində iştirakı (16-27 fevral);
Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Liyepaya şəhərində “Beynəlxalq gəmi dalğıcları kursu” (18 fevral-27 mart) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.