Müdafiə Nazirliyinin məlumatı
1 İyul 2006 00:00
Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlara məruz qalan sahələrdə fakt-araşdırıcı missiyanın aparılması məqsədilə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq:- iyulun 3-də Ağdam rayonunun ərazisindəki Ağdam-Hindarx yolunun və Novruzlu kəndinin yaxınlığında, qoşunların təmas xəttində;- iyulun 4-də Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında və Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərbində, qoşunların təmas xəttində;- iyulun 5-də Xocavənd rayonunun Kuropatkino və Aşağı Veysəlli kəndləri yaxınlığında, qoşunların təmas xəttində monitorinqlər keçirilməsi planlaşdırılır.