AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 27-də saat 10:50-dən 10:55-dək Qazax rayonunun Məzəmli kəndinin 0,5 km.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 26-da saat 02:40-dan 03:10-dək Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
İyulun 25-də Müdafiə Nazirliyində Azərbaycanda rəsmi səfərdə olan Qətər dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Həməd Bin Əli Əl-Atiyyənin qarşılanma mərasimi olmuşdur.
İyulun 20-də Azərbaycan Respublikasının Müdafıə Nazirliyində Türkiyə Respublikasının Müdafıə naziri cənab Vecdi Gönülün təntənəli qarşılanma mərasimi olmuşdur.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 18-dən 21-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası və Ermənistan Respublikası arasında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 11-dən 24-dək Kiyev şəhərində (Ukrayna) “Peace Shield-05” komanda qərargah təliminin I fazası keçirilir.
İyulun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi qəbul etmişdir.
İyulun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Meri Verntzi qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 4-dən 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “NATO sülhün dəstəklənməsi əməliyyatları” üzrə kurs keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 5-də Tərtər rayonunun Karmiravan kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.