Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 27-də saat 10:50-dən 10:55-dək Qazax rayonunun Məzəmli kəndinin 0,5 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 16:25-dən 16:30-dək Qazax rayonunun Məzəmli kəndinin 0,5 km. cənubunda və Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndinin 1,2 km. şimal-şərqində yerləşən mövqelərindən Məzəmli kəndini və Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 20:30-dan 21:10-dək Xanlar rayonunun ərazisindəki Ömər dağının şimal-qərbində, Ömər aşırımının 1,5 km. və 2,3 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan, snayper tüfənglərindən və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.