Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 20-də Azərbaycan Respublikasının Müdafıə Nazirliyində Türkiyə Respublikasının Müdafıə naziri cənab Vecdi Gönülün təntənəli qarşılanma mərasimi olmuşdur.
Qonağın şərəfinə Fəxri Qaravul düzülmüşdür.
Hər iki dövlətin dövlət himnləri səslənmişdir.
Sonra Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik S.Əbiyev cənab V.Gönülü və nümayəndə heyətini qəbul etmişdir. O, nümayəndə heyətini Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və öz adından salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə onun yanında olmuşdur. İki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsi hər iki dövlətin strateji maraqlarına uyğundur.
Azərbaycan NATO ilə tərəfdaşlığını davam etdirir. Fərdi Tərəfdaşlığın fəaliyyət planı təsdiq edilmiş və Azərbaycan onun müddəalarını həyata keçirmək iqtidarındadır.
Azərbaycanın Türkiyə ilə iqtisadi əməkdaşlığı güclüdür. Bu il Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəmərinin və 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra bu əməkdaşlıq ən yüksək səviyyəyə çatacaqdır.
Türkiyənin Müdafiə naziri səmimi qarşılanmaya və qəbula görə Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və Azərbaycan xalqına öz məhəbbətini bildirmişdir.
O, demişdir: “Türkiyə-Azərbaycan əlaqələri tarixin dərinliyindən gəlir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu əlaqələr ardıcıl və dönməz olmuşdur”.
Sonra tərəflər Qara dəniz hövzəsi regionunda mövcüd olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycan-NATO, Azərbaycan-ABŞ əlaqələri, Türkiyə Respublikasının Avropa İttifaqına qəbulu və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi etmişlər.