Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 4-dən 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “NATO sülhün dəstəklənməsi əməliyyatları” üzrə kurs keçirilir.
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitrəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 4-dən 8-dək Bonn və Drezden şəhərlərində “Hərbi personalın hazırlanması məsələləri” üzrə tədbir və iyulun 4-dən 22-dək Hammerburq şəhərində “BMT Hərbi müşahidəçilər kursu” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.