Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 29 Fevral 2004 00:01

Fevralın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik üzrə Biznes İcraçıları Təşkilatının Prezidenti və baş icraçı əməkdaşı, istefada olan general Çarlz Boydun rəhbərlik etdiyi nümayəndə heyətini və ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Səfərbərlik və Ehtiyat Qüvvələri məsələləri üzrə İdarəsinin direktoru general-mayor Ceyms Dardeni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 27 Fevral 2004 00:01

Fevralın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsi üzrə məruzəçisi cənab Terri Devisi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 Fevral 2004 00:02

Fevralın 24-də “N” saylı hərbi hissənin Murovdağ sahəsində vəzifə borclarını yerinə yetirərkən qar uçqununa düşmüş əsgər Bağırov Rabit Mosəl oğlu və əsgər Şahmərdanov Faiq Balababa oğlunun cəsədləri aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 26-da tapılmışdır.

Müdafiə Nazirliyinin məlumatı 26 Fevral 2004 00:01

Fevralın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Terri Devisi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 25 Fevral 2004 00:02

Fevralın 24-də “N” saylı hərbi hissənin Murovdağ sahəsində əsgər Bağırov Rabit Mosəl oğlu (30 yanvar 1985-ci ildə doğulub, 7 iyul 2003-cü ildə Gədəbəy RHK-dan çağırılıb) və əsgər Şahmərdanov Faiq Balababa oğlu (10 aprel 1984-ci ildə doğulub, 2 oktyabr 2002-ci ildə Qusar RHK-dan çağırılıb) qar uçqununa düşmüşlər.

Müdafiə Nazirliyinin məlumatı 25 Fevral 2004 00:01

Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Steynar Gili və yeni akkreditə olunmuş hərbi attaşesi polkovnik Olav Nordbönü qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 24 Fevral 2004 00:01

Fevralın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Amerika üzrə baş nümayəndəsi xanım Beatris Mejvan-Roqqonu, Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Meri Verntzi, Silahlı Qüvvələr və Təhlükəsizlik məsələləri üzrə regional eksperti istefada olan general-mayor Qiya Toradzeni və Moskvadakı nümayəndəsi Raul Forsteri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 23 Fevral 2004 00:01

ATƏT-in hazırıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 24-də Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin Xocavənd rayonunun Kuropatkino kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 21 Fevral 2004 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 23-dən 27-dək Helsinki şəhərində (Finlandiya) NATO-nun Transformasiya Komandanlığının İşçi görüşü və fevralın 23-dən martın 23-dək Viskov şəhərində (Çexiya) “Poliqonlar və canlı atəş taktiki təlimlərinin idarə edilməsi” üzrə kurs keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2004 00:01

Fevralın 17-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin plan üzrə növbəti komanda-qərargah hərbi oyunları başlamışdır.