AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın 29-da Moskva şəhərinə (Rusiya Federasiyası) işgüzar səfərə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 23-dən 25-dək Antalya şəhərində (Türkiyə Respublikası) Cənub regionunun təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə NATO proqramı mövzusunda konfrans, oktyabrın 24-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Ali mülki Fövqəladə Planlaşdırma Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində plenar iclas, oktyabrın 26-dan noyabrın 1-dək London şəhərində (Böyük Britaniya) Təlim inspeksiyası, oktyabrın 28-dən noyabrın 1-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Çoxmillətli tərkibli qüvvələr üzrə tanışlıq kursu, oktyabrın 29-dan 31-dək Daşkənd şəhərində (Özbəkistan Respublikası) Qəzalara cavab vermə üzrə təlimin ilkin planlaşdırma konfransı keçiriləcəkdir.
Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kanadanın Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Cozef A.Stivensi qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 21-i və 22-də Trençin şəhərində (Slovakiya Respublikası) Çoxmillətli sülhməramlı əməliyyatlar zamanı taktiki səviyyədə mobil rabitə sistemlərinin tətbiqi və uyğunlaşdırılması üzrə seminar, oktyabrın 21-dən 28-dək Kocaeli şəhərində (Türkiyə Respublikası) Yanacaq standartları və onların dənizdə və limanda təminatı üzrə kurs və oktyabrın 21-dən noyabrın 1-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə çərçivəsində keçirilən inspeksiyalarda iştirak edən nümayəndələr üçün kurs keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 18-də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Cozef Ralstonu qəbul etmişdir.
Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Cozef Ralston Bakıya rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 13-dən 18-dək Versoiks şəhərində (İsveçrə) ATƏT-in Davranış Məcəlləsi, onun yerinə yetirilməsinin aspektləri, hərbi münaqişələr hüququ və Silahlı Qüvvələr üzərində demokratik nəzarət mövzusunda seminar, oktyabrın 14-dən 18-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Ehtiyatların idarə olunmasının tədris proqramı üzrə kurs, oktyabrın 15-i və 16-da Brüssel şəhərində (Belçika Krallığı) NATO Silahlı Qüvvələrinin silahlandırılması üzrə ekspertlərinin görüşü və oktyabrın 17-dən 20-dək London şəhərində (Böyük Britaniya) Böyük Britaniya ordusunda ehtiyat qüvvələr sistemi ilə tanışlıq kursu keçirilir.
Oktyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə sahəsində ABŞ-Türkiyə Respublikası "Qafqaz" işçi qrupunun rəhbərləri – Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirinin Beynəlxalq Təhlükəsizlik siyasəti üzrə müavininin Avrasiya üzrə müavini xanım Mira Rikardeli və Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Qüvvələr və Strategiyanın planlaşdırılması İdarəsinin rəisi general-lenenant Nüsret Taşdeleri qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 7-dən 9-dək London şəhərində (Böyük Britaniya) Fövqəladə halların idarəolunması mövzusunda seminar, oktyabrın 7-dən 11-dək Hamburq şəhərində (Almaniya Federativ Respublikası) NATO Maliyyə Təlim Qrupunun 56-cı görüşü, oktyabrın 7-dən 17-dək Aaxen şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Maddi texniki-təminat üzrə 58-ci kursu, oktyabrın 7-dən 21-dək Ankara şəhərində (Türkiyə Respublikası) NATO-nun Taktiki Mülki - Hərbi Əməkdaşlıq kursu, oktyabrın 7-dən 25-dək Kayseri şəhərində (Türkiyə Respublikası) Təməl paraşüt kursu, oktyabrın 8-dən 10-dək Portsmout şəhərində (Amerika Birləşmiş Ştatları) "KOOPERATİV OSPREY-03" təliminin əsas planlaşdıma konfransı və oktyabrın 8-dən 11-dək Poyana Brasov şəhərində (Rumıniya) NATO-nun Mülki Müdafiə Komitəsinin payız sessiyası keçirilir.