ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 18-də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik, onun səhra köməkçiləri K.Kratki və Z.Feç, həmçinin ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İ.Palatinus, Y.Şarov və Y.Repa, həmçinin ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.