Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Cozef Ralston Bakıya rəsmi səfərə gəlmişdir.
Qonağı Binə hava limanında Müdafiə naziri general-polkovnik S.Əbiyev və digər rəsmi şəxslər qarşılamışlar.
Oktyabrın 16-da general C.Ralston və rəhbərlik etdiyi nümayənda heyəti "Şəhidlər" xiyabanını ziyarət etmiş və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olmuş vətəndaşlarımızın xatirə abidəsi önünə əklil qoymuşlar.
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində qonağın rəsmi qarşılanma mərasimi keçirilmişdir. Müdafiə Nazirliyi qarşısında Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş, onun rəisi general C.Ralstona raport vermiş və Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. General-polkovnik S.Əbiyev və general C.Ralston Fəxri Qarovulun önündən keçmişlər.  
Sonra Müdafiə naziri general C.Ralstonu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev və Xarici İşlər naziri Vilayət Quliyev general C.Ralstonu qəbul etmişlər.
Rəsmi qonaq Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında çıxış etmiş, sonda onların suallarına cavab vermişdir.
Oktyabrın 7-də general C.Ralstonun rəhbərlik etdiyi nümayəndə heyəti Brüssel şəhərinə yola düşmüşdür.