Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 27 İyul 2002 00:01

Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, iyulun 23-də “kəskin istivurma” diaqnozu ilə Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş əsgər Qəhrəmanov Vüqar Təyyar oğlu (Ağsu rayon hərbi komissarlığı) həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 27-də vəfat etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 İyul 2002 00:01

Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, ağır döyüş şəraitində düşmənlə təmas xəttində xidmət edən Silahlı Qüvvələrin aşağıda adları göstərilən əsgərləri “kəskin istivurma” diaqnozu ilə iyulun 25-də Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş və həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 26-da vəfat etmişlər:Əsgər Nəbivev Tural Mədət oğlu - Sumqayıt şəhər hərbi komissarlığı.

Müdafiə Nazirliyinin məlumatı 22 İyul 2002 00:01

Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, ağır döyüş şəraitində düşmənlə təmas xəttində xidmət edən Silahlı Qüvvələrin aşağıda adları göstərilən əsgərləri “kəskin istivurma” diaqnozu ilə Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş və həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 20-də və 22-də vəfat etmişlər:Əsgər Bağırov Eldəniz Eldar oğlu - Mingəçevir şəhər hərbi komissarlığı.

Müdafiə Nazirliyinin məlumatı 19 İyul 2002 00:02

İyulun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Toşiyuki Fucivaranı, Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı hərbi attaşesi Koki Araseni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 İyul 2002 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 22-dən 26-dək Mannheim şəhərində (Almaniya Federativ Respublikası) SNT/Taktiki ingilis dili üzrə müəllimlər üçün seminar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 17 İyul 2002 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonunun Kəmərli yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 13 İyul 2002 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 15-dən 19-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Çoxmillətli birgə Maddi-texniki təminat Mərkəzi üzrə kurs, iyulun 15-dən 26-dək Andermatt şəhərində (İsveçrə) “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ təlimi və iyulun 15-dən avqustun 2-dək NATO/SNT ölkələri əməliyyat-qərargah zabitləri üçün kurs keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 10 İyul 2002 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 12-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 8 İyul 2002 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev “Silahların, hərbi texnikanın və döyüş sursatlarının” (“Russian expo ARMS – 2002”) beynəlxalq sərgisində iştirak etmək üçün iyulun 8-də Rusiya Federasiyası Sverdlovsk vilayətinin Nijni Taqil şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2002 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Ehtiyat qüvvələri və səfərbərlik üzrə tanışlıq kursu və İzmir şəhərində (Türkiyə Respublikası) Birgə hərəkət və yerləşdirmə üzrə tanışlıq kursu keçiriləcəkdir.