Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, ağır döyüş şəraitində düşmənlə təmas xəttində xidmət edən Silahlı Qüvvələrin aşağıda adları göstərilən əsgərləri “kəskin istivurma” diaqnozu ilə iyulun 25-də Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş və həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 26-da vəfat etmişlər:
Əsgər Nəbivev Tural Mədət oğlu - Sumqayıt şəhər hərbi komissarlığı.

Əsgər Qocayev Xaqani Vahid oğlu - Gədəbəy rayon hərbi komissarlığı.
Müdafiə Nazirliyinin rəhbərliyi vəzifə borclarını yerinə yetirərkən vəfat edən əsgərlərin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olur və vəfat edənlərə Allahdan rəhmət diləyir.
Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.