Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, ağır döyüş şəraitində düşmənlə təmas xəttində xidmət edən Silahlı Qüvvələrin aşağıda adları göstərilən əsgərləri “kəskin istivurma” diaqnozu ilə Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş və həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 20-də və 22-də vəfat etmişlər:
Əsgər Bağırov Eldəniz Eldar oğlu - Mingəçevir şəhər hərbi komissarlığı.
Əsgər İsmayılov Çingiz Tapdıq oğlu - Mingəçevir şəhər hərbi komissarlığı.
Əsgər Mustafayev Tahir Nizami oğlu - Tovuz rayon hərbi komissarlığı.
Əsgər Həsənov Vüqar Eldar oğlu - Qazax rayon hərbi komissarlığı.
Müdafiə Nazirliyinin rəhbərliyi vəzifə borclarını yerinə yetirərkən vəfat edən əsgərlərin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olur və vəfat edənlərə Allahdan rəhmət diləyir.
Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.