Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Ehtiyat qüvvələri və səfərbərlik üzrə tanışlıq kursu və İzmir şəhərində (Türkiyə Respublikası) Birgə hərəkət və yerləşdirmə üzrə tanışlıq kursu keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.