Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 27 İyun 2002 00:00

İyunun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni, Gürcüstan və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Fransis Monkobeqi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 20 İyun 2002 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 24-dən 25-dək Moskva şəhərində (Rusiya Federasiyası) Qəzaların qarşısının alınması üzrə təlimlərin əsas planlaşdırma konfransı, iyunun 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Çoxmillətli tərkibli böhranların idarə olunması üzrə və NATO/SNT çərçivəsində çoxmillətli tibb xidmətlərinin fəaliyyətlərinin planlaşdırılmaşı üzrə kurslar, iyunun 24-dən iyulun 1-dək Ankara şəhərində (Türkiyə Respublikası) Sülhün dəstəklənməsi əməliyyatları zamanı qaçqınlara nəzarət üzrə kurs keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 20 İyun 2002 00:00

MDB Müdafiə Nazirləri Şurasının qərarına uyğun olaraq iyunun 22-dən 29-dək Odessa şəhərində (Ukrayna) Birlik dövlətləri Silahlı Qüvvələrinin III Spartakiadası keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 19 İyun 2002 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 19-dan 27-dək Vatertaun şəhərində (ABŞ) “Kooperativ NUGGET – 02” təlimlərinin ikinci fazası, iyunun 21-dən iyulun 6-dək Konstansa şəhərində (Rumıniya) “Kooperativ Partnyor - 02” təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 2002 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 16-dan 19-dək Verona şəhərində (İtaliya) NATO-nun Cənub regionunun maddi-texniki təminatı mövzusunda konfrans, iyunun 16-dan 28-dək Spiz şəhərində (İsveçrə) Yüngül atıcı silahların istifadəsinin idarə olunması üzrə kurs, iyunun 17-dən 19-dək Saynt Diziyer şəhərində (Fransa) “Kooperativ Key – 02” təlimlərinin Yekun planlaşdırma konfransı, iyunun 17-dən 21-dək Şrivenham şəhərində (Böyük Britaniya) “Sülhü qoruma və dəstəkləmə əməliyyatları üzrə Böyük Britaniyanın doktrinası” mövzusunda seminar, Oeiras şəhərində (Portuqaliya) Çoxmillətli Birləşmiş Operativ Qüvvələr ilə tanışlıq üzrə işçi görüş, Nyusidi şəhərində (Avstriya) NATO-nun hava hücumundan müdafiə Komitəsinin 12-ci seminarı, Ankara şəhərində (Türkiyə) “İpək yolu 2002” seminarı, iyunun 17-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) “Kooperativ Best Effort - 02” təlimləri və Manhaym şəhərində (Almaniya Federativ Respublikası) Hərbi ingilis dili müəllimləri üçün təlim seminarı keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 13 İyun 2002 00:00

Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev MDB Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 13-də Bişkek şəhərinə (Qırğızıstan Respublikası) yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 10 İyun 2002 00:01

ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 11-də Azərbaycan-Ermənistan sərhəddində Gədəbəy rayonunun Göyəli kəndinin şimal-qərb istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 10 İyun 2002 00:00

İyunun 12-dən 14-dək atıcılıq idmanı üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 2002 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 10-u və 11-də Mons şəhərində (Belçika Krallığı) Tərəfdaşlığın Koordinasiyası Qrupunun illik konfransı, iyunun 10-dan 12-dək Neapol şəhərində (İtaliya) İctimai İnformasiya üzrə seminar və Şrivenham şəhərində (Böyük Britaniya) “Böyük Britaniyanın Silahlı Qüvvələrinin yenidən qurulması prinsipləri, Birləşmiş əməliyyatlara Böyük Britaniyanın baxışı” mövzusunda seminar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 5 İyun 2002 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avro-Atlantika Tərəfdaşlığına daxil olan dövlətlərin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 5-də Brüssel şəhərinə (Belçika Krallığı) yola düşmüşdür.