AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
MDB Müdafiə Nazirləri Şurasının qərarına uyğun olaraq iyunun 22-dən 29-dək Odessa şəhərində (Ukrayna) Birlik dövlətləri Silahlı Qüvvələrinin III Spartakiadası keçiriləcəkdir.
Yarışlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sərbəst güləş və ağır atletika üzrə idmançılarından ibarət yığma komandası da iştirak edəcəkdir.