Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 16-dan 19-dək Verona şəhərində (İtaliya) NATO-nun Cənub regionunun maddi-texniki təminatı mövzusunda konfrans, iyunun 16-dan 28-dək Spiz şəhərində (İsveçrə) Yüngül atıcı silahların istifadəsinin idarə olunması üzrə kurs, iyunun 17-dən 19-dək Saynt Diziyer şəhərində (Fransa) “Kooperativ Key – 02” təlimlərinin Yekun planlaşdırma konfransı, iyunun 17-dən 21-dək Şrivenham şəhərində (Böyük Britaniya) “Sülhü qoruma və dəstəkləmə əməliyyatları üzrə Böyük Britaniyanın doktrinası” mövzusunda seminar, Oeiras şəhərində (Portuqaliya) Çoxmillətli Birləşmiş Operativ Qüvvələr ilə tanışlıq üzrə işçi görüş, Nyusidi şəhərində (Avstriya) NATO-nun hava hücumundan müdafiə Komitəsinin 12-ci seminarı, Ankara şəhərində (Türkiyə) “İpək  yolu 2002” seminarı, iyunun 17-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) “Kooperativ Best Effort - 02” təlimləri və Manhaym şəhərində (Almaniya Federativ Respublikası) Hərbi ingilis dili müəllimləri üçün təlim seminarı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.