Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 10-u və 11-də Mons şəhərində (Belçika Krallığı) Tərəfdaşlığın Koordinasiyası Qrupunun illik konfransı, iyunun 10-dan 12-dək Neapol şəhərində (İtaliya) İctimai İnformasiya üzrə seminar və Şrivenham şəhərində (Böyük Britaniya) “Böyük Britaniyanın Silahlı Qüvvələrinin yenidən qurulması prinsipləri, Birləşmiş əməliyyatlara Böyük Britaniyanın baxışı” mövzusunda seminar keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.