AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 24-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
İyul ayının 21-dən 22-dək Respublika İdman Sarayında sambo üzrə Azərbaycan Kubokunun final yarışları keçirilmişdir.
İyulun 12-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrləri Keri Kavano (Amerika Birləşmiş Ştatları), Filipp de Süremeyn (Fransa Respublikası) və Nikolay Qribkovu (Rusiya Federasiyası) qəbul etmişdir.
İyulun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marqerita Kostanı qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Horadiz yaşayış məntəqəsi sahəsində qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
İyulun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikası Xalq Azadlıq Ordusu Sinszyan Hərbi Dairəsi Qoşunlarının komandanı general-mayor Tsyu Yenxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İyulun 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu qəbul etmişdir.