Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu qəbul  etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra səfir onu Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, həmin vaxt o, Bakıda olmamışdır.
Sonra isə R.Uilson demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun birinci dekadasında Bakıya gələcəklər. Onlar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Müdafiə naziri ilə görüşəcəklər.
General-polkovnik S.Əbiyev demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı sülh danışıqlarının hələlik heç bir nəticəsi yoxdur. Ermənistanın təcavüzkarlığı göz qabağında ola-ola dünyanın böyük dövlətləri onu təcavüzkar adlandırmırlar. Bunun heç bir məntiqə sığışmadığını deyən Müdafiə naziri vurğulamışdır ki, Azərbaycan ABŞ ilə sıx əməkdaşlıq yolunu tutmuş, Avropa strukturlarına durmadan inteqrasiya edir, NATO ilə əlaqələrini genişləndirməkdə davam edir, lakin Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın haqq işini tam müdafiə edən addımlar atılmır.
Görüş zamanı tərəflər Azərbaycan-ABŞ, Azərbaycan-NATO əməkdaşlığının inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi etmişlər.