AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 31-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 0l:15-dən 01:27-dək Ağdam rayonunun işğal olunmuş Seyidli kəndinin 1 km.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-dən 25-dək Pakistan İslam Respublikasının paytaxtı İslamabadda rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası rəhbərliyinin dəvətilə mayın 21-də İslamabada yola düşəcəkdir.
Mayın 20-dən 27-dək futbol üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcəkdir.
Mayın 18-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.
ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Ermənistan-Azərbaycan cəbhəsinin Ağdam rayonu ərazisində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonunun Cəfərli yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 2-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində növbəti Komanda-Qərargah təlimləri başlamışdır.