Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası rəhbərliyinin dəvətilə mayın 21-də İslamabada yola düşəcəkdir.
Səfər proqramında Pakistan İslam Respublikasının İcra Hakimiyyətinin başçısı cənab Pərviz Müşərrəf, Müdafiə naziri, Xarici İşlər naziri, Daxili İşlər naziri, Neft və Təbii ehtiyatlar naziri ilə görüşlər nəzərdə tutulmuşdur. Nümayəndə heyəti Pakistan İslam Respublikası Milli Hərbi Kollecini ziyarət edəcəkdir.
Tanışlıq məqsədi daşıyan səfər mayın 25-də başa çatacaqdır.