Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Ermənistan-Azərbaycan cəbhəsinin Ağdam rayonu ərazisində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra yardmçıları Zbiqney Feç, F.Rosu və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Miroslav Vimetal, polkovnik-leytenant Anton Xerdiç, polkovnik-leytenant Vladimir Tolkaç və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edəcəklər.