Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2001 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 18-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.
İclasda Gürcüstan, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova, Rusiya Federasiyası, Tacikistan Respublikası, Özbəkistan Respublikası və Ukraynanın Müdafiə nazirləri, MDB iştirakçı dövlətləri Hərbi Əməkdaşlığı Əlaqələndirmə Qərargahının (HƏƏQ) rəisi ordu generalı Viktor Prudnikovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Belarus Respublikası Müdafiə nazirinin hərbi siyasət məsələləri üzrə köməkçisi və Ermənistan Respublikasının HƏƏQ-dəki nümayəndəsi iştirak edəcəklər.
İclasda hərbi və hərbi-texniki əməkdaşlıq, Rusiya Federasiyası və Mərkəzi Asiya regionu dövlətlərinin qoşun və qüvvələrinin hərbi idarəetmə orqanları ilə birgə “Birliyin cənub sipəri-2001” komanda-qərargah təlimlərinin yekunları, MDB iştirakçı dövlətlərinin hərbi-texniki əməkdaşlığı Proqramının layihəsi, MDB iştirakçı dövlətlərinin Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHQ və HHMQ) döyüş atışlı birgə “Döyüş Birliyi-2001” taktiki təlimlərinin niyyəti haqqında və digər məsələlər müzakirə ediləcəkdir.