Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 Fevral 2001 00:00

Fevralın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırma və Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor Şərafəddin Telyazanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 17 Fevral 2001 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində fevralın 19-dan 23-dək Brunsum şəhərində (Hollandiya) NATO üzvü və tərəfdaş dövlətlərin əməliyyatların planlaşdırılması üzrə seminarı, fevralın 22-də isə Brüssel şəhərində (Belçika Krallığı) fövqəladə vəziyyətlər üzrə komitə ekspertlərinin görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 14 Fevral 2001 00:00

Fevralın 14-də saat 01:15-dən 01:20-dək Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ağdam rayonunun işğal olunmuş Acarlı kəndi istiqamətindən cəbhə xəttini keçməyə cəhd edərək, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Yusifcanlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Fevral 2001 00:02

Fevralın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Yüksəl Əhmədi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 Fevral 2001 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonu sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 12 Fevral 2001 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Brüssel şəhərində (Belçika Krallığı) fevralın 13-ü və 14-də hərbi sursatların və partlayıcı maddələrin daşınması və saxlanmasının təhlükəsizliyi məsələləri üzrə ekspertlərin görüşü, fevralın 14-dən 16-dək isə NATO-nun Verifikasiya-Koordinasiya Komitəsinin silahlara nəzarət üzrə görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 10 Fevral 2001 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində fevralın 12-dən 16-dək Noyezidl şəhərində (Avstriya) "Kooperativ Kiy-2001" təlimlərinin ilkin planlaşdırma konfransı, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) çoxmillətli qüvvələr üzrə NATO-nun tanışlıq kursları, Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin tibb qrupu ekspertlərinin görüşü, fevralın 12-dən 23-dək isə İzmir şəhərində (Türkiyə) hava məkanının idarəsi və nəzarəti üzrə kurslar keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 6 Fevral 2001 00:00

Fevralın 5-də saat 20:30-dan 20:40-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Murovdağın işğal olunmuş sahəsində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Goranboy rayonunun Ballıqaya yaşayış məntəqəsi ərazisində yerləşən mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 2001 00:01

Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində keçən ilin dekabr ayında "N" saylı hərbi hissənin sahəsində qar uçqununa düşmüş əsgərlərdən sonuncusu Məmmədov Elşən Məhəmmədiyyə oğlunun (Qəbələ rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır) cəsədi fevralın 1-də tapılmışdır.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 2001 00:00

Fevralın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Merkurios Karafotiası və hərbi attaşesi Qiorqios Bardamaskosu qəbul etmişdir.