Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 21 Oktyabr 1999 00:01

Oktyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kanadanın Türkiyə və Azərbaycan Respublikalarındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab J.M.Düvalı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 21 Oktyabr 1999 00:00

Oktyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Yeni Müstəqil Dövlətlər üzrə xüsusi köməkçisi Stiven Sestanoviçi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 20 Oktyabr 1999 00:00

Oktyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alessandro Fallavollitanı və İtaliya Respublikasının Türkiyə və Azərbaycan Respublikalarındakı Silahlı Qüvvələr attaşesi I dərəcəli kapitan Karlo Ferratanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Oktyabr 1999 00:00

Oktyabrın 11-dən 17-dək voleybol üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 4 Oktyabr 1999 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 4-dən 8-dək Aaxen şəhərində (AFR) qoşunların arxa təminatı üzrə kurs; oktyabrın 5-dən 7-dək Stokholm şəhərində (İsveç) dənizsahili əməliyyatların keçirilməsi üzrə seminar; oktyabrın 5-dən 16-dək Sidney şəhərində (Kanada) sülhməramlı “Kooperativ Zenit” komanda-qərargah təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 1999 00:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, 1999-cu il oktyabrın 1-də saat 10:15-də Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Respublikasının hava sərhədlərini pozaraq, Zaqatala rayonunun Qımır kəndi yaxınlığına aviasiya bombası atmışdır.