AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 16-da saat 17:30-dan 18:00-dək Şortəpə istiqamətindən (Susuzdağ yaxınlığında) Laçın rayonunun cənubunda yerləşən mövqelərimiz toplardan və tanklardan atəşə tutulub.
Döyüş bölgələrindən gələn məlumata əsasən, mayın 16-sı gün ərzində və ötən gecə cəbhə xəttindəki əməliyyat şəraitində heç bir dəyişiklik baş verməyib.
Son günlər cəbhə bölgələrində hökm sürən sabitlik yenidən pozulmuşdur.
Ötən gecə və bu gün saat 10:00-dək bütün cəbhə boyu nisbi sakitlik olub.
Mayın 11-də saat 21:00-dan 22:30-dək Naxçıvan MR-nın Sədərək rayonu ərazisindəki sərhəd mövqelərimiz Ermənistan istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Cəbhə xəttində əməliyyat şəraitinin dəyişmədiyinə baxmayaraq vəziyyət gərgin olaraq qalır.
Cəbhə xəttindən aldığımız məlumata görə ötən gün ərzində münaqişə bölgələrində əməliyyat şəraiti dəyişməyib.
Ermənistan ordusunun bölmələri öz qəsbkarlıq əməllərindən əl çəkmirlər.
Ermənistan Azərbaycanla dövlət sərhədində fəal döyüş əməliyyatlarını davam etdirir.
Mayın 4-də Silahlı Qüvvələrimizin bölmələri Gülüstan kəndi ətrafındakı yüksəkliklərin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarını davam etdirmişlər.