Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ordusunun bölmələri öz qəsbkarlıq əməllərindən əl çəkmirlər. Dünən axşam Tovuz rayonunun Ağdam kəndi yenidən iriçaplı pulemyotlardan atəşə tutulub. Döyüşçülərimiz cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurublar.
Dünən Ağdərə bölgəsində düşmənin kəşfiyyat qrupu  bu istiqamətdə yerləşən postumuza həmlə etməyə çalışmışdır. Qısa sürən atışmadan sonra ermənilər geri çəkiliblər.