Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər cəbhə bölgələrində hökm sürən sabitlik yenidən pozulmuşdur. Ermənistan Azərbaycanla dövlət sərhədində yenidən fəal döyüş əməliyyatlarını davam etdirməyə başlamışdır. Dünən mayın 14-də Zəngilan rayonunun Şayıflı və Yeməzli kəndləri, Gədəbəy rayonunun ərazisi və Tovuz rayonunun Ağdam kəndi Ermənistan ərazisindən tank, top, qumbaraatan və yüngül silahlardan atəşə tutulub. Zərər çəkən yoxdur. Cavab atəşi ilə düşmən susdurulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.