Mayın 4-də Silahlı Qüvvələrimizin bölmələri Gülüstan kəndi ətrafındakı yüksəkliklərin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarını davam etdirmişlər. Dünən saat 16:00-dan 16:45-dək Ağdərə şəhəri düşmənin nəzarəti altında olan Kasapet kəndi istiqamətindən ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Elə həmin gün Gədəbəy ərazisindəki sərhəd mövqelərimiz Ermənistan tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Cəbhənin digər bölgələrində gecə nisbətən sakit keçib.
Ermənistanın Vardenis hərbi bazasından Respublikamızın işğal olunmuş Kəlbəcər və Ağdərə rayonlarına düşmənin zirehli texnikası və canlı qüvvəsinin daşınması davam edir.