Mayın 16-da saat 17:30-dan 18:00-dək Şortəpə istiqamətindən (Susuzdağ yaxınlığında) Laçın rayonunun cənubunda yerləşən mövqelərimiz toplardan və tanklardan atəşə tutulub. 3 əsgərimiz həlak olub.
Dünən günortadan sonra cəbhə bölgələrində düşmənin fəallığı xeyli artıb. Saat 13:40-14:20 və 19:30-21:30 arası Gədəbəy rayonunda Başkənd aşırımındakı mövqelərimiz tanklardan, minaatanlardan və atıcı silahlardan atəşə tutulub. İkinci halda cavab atəşi açılıb.
15:30-18:40 ərzində Zəngilan rayonunun Kolluqışlaq kəndindəki mövqelərimiz top, tank və iriçaplı pulemyot atəşinə tutulub. 3 əsgərimiz həlak olub və 5 nəfər yaralanıb.
Ağdərə cəbhəsində saat 19:30-dan başlayaraq bütün mövqelərimiz topa tutulub. Qlobus yüksəkliyində 1 əsgərimiz yüngül yaralanıb. Metsşen və Maqavuz kəndlərində düşmən canlı qüvvəsinin və döyüş texnikasının cəmləşməsi müşahidə olunur, burada düşmən tərəfindən yeni atəş nöqtələri qurulub.
Tək Başkənd (Gədəbəy) istisna olmaqla bütün başqa hallarda bir qayda olaraq bizim mövqelərimizdən cavab atəşi açılmayıb.
Murovdağ aşırımında ötən gecə azsaylı atışmalar qeydə alınıb, 1 əsgərimiz yüngül yaralanıb. Digər döyüş bölgələrində gecə nisbətən sakit keçib.