Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 10:19

"Azərbaycan Ordusu" qəzeti №85 (2402)

“Torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik!”

"N" hərbi hissəsinin artilleriya divizionunun şəxsi heyətinin atış və atəşin idarə olunması məşqində gördüklərimiz də bir daha ordumuzun tərəqqisinin qaçılmaz və labüd olduğunu deməyə əsas verir. Zabit İsgəndər Mustafayev məşqin mahiyyətini izah edərək bildirdi ki, tabeliyində olan şəxsi heyətin tamamilə cəlb olunduğu məşq zamanı ilkin olaraq atəş mövqeləri və komanda-müşahidə məntəqələri yaradılır. Şərti düşmən mövqeyi müəyyənləşdirilir. Bundan sonra planlı və plandankənar atəş tapşırıqları icra olunur...davamı





Dostluğa sədaqət tükənməzdir

Böyük Vətən müharibəsi illəri bəşəriyyət tarixində ən dəhşətli, yer üzünü məhvə sürükləyən, insanlığın məhvinə yönəlmiş müharibə kimi yaddaşlarda qalıb. O dəhşətlərdən, ağır faciələrdən xilas olan xalqlar bir daha müharibə alovlarını görmək istəmirlər. Başqa xalqlar kimi xalqımız da Böyük Vətən müharibəsi illərində itkilərə, məşəqqətlərə sinə gəriblər. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" hayqıran xalqların birliyi, qələbə əzmkarlığı yer üzünü bürümək istəyən Alman faşizmindən dünyanı xilas edib...davamı





“Döyüş növbətçiliyi məsuliyyətlə aparılır”

Bu gün  hər bir ölkə vətəndaşı fəxrlə deyə bilər ki,  respublikamızın suverenliyini qorumağa və torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan ordumuzun yüksək döyüş hazırlığına malik peşəkar zabit kontingenti var. Müdafiə Nazirliyinin hərbi birlik və birləşmələrində, qoşun növlərində, Əlahiddə Ümumqoşun Orduda, o cümlədən cəbhə xəttində yerləşən bölmələrimizdə xidmət edən şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir...davamı





Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət  rəmzləri, inzibati ərazi bölgüsü, iqtisadi inkişafı.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:

1. Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü.

2. Dövlətimizin iqtisadi inkişaf strategiyası...davamı





“Azərbaycan əsgəri həsrətə son qoyacaq!”


Bu gün Azərbaycan Ordusunun kadr resurslarının intellektual potensialının artırılması, strateji planda ordunun peşəkar hərbi qulluqçularla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji və əxlaqi keyfiyyətlərinin yüksəldilməsi, hərbi təlimlərin diqqət mərkəzində saxlanılması, həmçinin Aprel və Günnüt zəfərləri onu deməyə əsas verir ki, hicrana son qoymağa, vüsala qovuşmağa çox az qalıb. Xalq inanır ki, bu arzunu gerçəkləşdirəcək bir qüvvə varsa, o da Azərbaycan əsgəridir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı