Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2019 10:10

"Azərbaycan Ordusu" qəzeti №84 (2401)

Azərbaycan əsgərinin döyüş əzmi yüksəkdir

Ali Baş Komandan İlham ƏLİYEV: Bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar, əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.
Ölkəmizin uzun illərdir müharibə şəraitində olması hərbi qüdrətimizin yüksəlməsini zəruri edir. Dünyanın hegemon dövlətlərinin, beynəlxalq qurumların ikili standart yürütməsi torpaqlarımızın işğaldan azad edilməsini ləngidir...davamı





Xalq-ordu birliyi

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsinin nəticəsidir ki, ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. 2018-ci ildə həyata keçirilən uğurlu Günnüt əməliyyatı bir daha göstərdi ki, hərbçilərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Bu günlərdə çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi qeyd olunanlara əyani misaldır...davamı





“Əsgərlərin sağlamlığını qoruyuruq”

Gənc nəslin sağlam yetişməsi dövlətin qarşısında duran vacib missiyalardan biri sayılır. Ordumuzun mühüm hissəsini gənc nəslin təşkil etdiyini nəzərə alaraq Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi qulluqçularımızın sağlamlığına ciddi önəm verir. Bir deyim var: "Qüdrətli ordunun təməlini sağlam döyüşçülər qoyurlar". Böyük sərkərdələr yetişdirmiş Vətənimizin bugünkü müdafiəçilərinin də ata-babaları kimi sağlam və cəsur olması əsas şərtlərdəndir...davamı






Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktları.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, hərbi qanunvericilik və dövlət təhlükəsizliyi ilə əlaqədar qanunvericilik aktlarından istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi  ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları.

2. Hərbi qulluqçuların hüquq və vəzifələri...davamı





Fiziki hazırlıq hərbi tapşırıqların yerinə yetirilməsində vasitədir


Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Məhz buna görə də müasir ordumuzda fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsidir. İstər arxa cəbhədə, istərsə də ön xətdə yerləşən hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman alətləri ilə təmin edilmiş trenajor zalları fəaliyyət göstərir...davamı





“Gözlə məni”

Mənə elə gəlir ki, bütün müharibələrin ilk gülləsi gecənin qaranlığında atılır...
Müharibə ölüm-itimdi, qan-qadadı, can üzən, ruh sarsıdan intizardı. Ömrü illərlə uzanan həsrətin kəfəni bəzən gözləyənin son nəfəsi olur. Müharibəyə - döyüşlərə gedənlər əzizlərinə bir ömürlük ümid verib  gedirlər, "Gözlə məni" kəlmələrini sevdasına deyənlər də olur...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı