Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2018 11:02

"Azərbaycan Ordusu" qəzeti 8 sentyabr 2018-ci il №69 (2285)

“Gücümüzü xalqımızın inamından alırıq”

Xalq və ordu birliyi müstəqil Azərbaycan dövlətinin, güclü və qüdrətli ölkəmizin regionda aparıcı söz sahibinə çevrilməsində xüsusi əhəmiyyət kəsb edir. Hər dövlətin ərazi bütövlüyünü, toxunulmazlığını qoruyan güclü ordusu olmalıdır. Ordu xalqa daim arxalanırsa, xalq ordusuna güvənirsə - xalq ordunun, ordu xalqın dayağıdırsa,  dövlət daha güclü, daha qüdrətli olur...davamı

 

 

Vətənimizin igid oğulları ilə bərabər cəsur qızları da döyüşə hazırdır

Əlahiddə Ümumqoşun Orduda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların başa çatması münasibəti ilə buraxılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra zabitlərdən Ümman Nəcəfov, valideynlərdən Bəbir Yusifov, məzunlardan Xanım İbrahimova və Emin Quliyev çıxış edərək kursu bitirən gənclərə xidmətlərində uğurlar arzuladılar...davamı

 

 

Pilotlarımız ən çətin döyüş tapşırıqlarını yerinə yetirirlər

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanları yüksək olan, ən çox, ən müasir döyüş təyyarəsi və zərbə helikopterinə malik ölkə sayılır. Bu baxımdan Əlahiddə Ümumqoşun Ordunun aviasiya bölmələrinin tərkibində olan hava hücum vasitələrinin sayı günü-gündən dəyişir, maddi-texniki bazası müasir tələblərə uyğun inkişaf etdirilir...davamı

 


“Yarışlar Böyük Qələbəyə vəsilədi”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "Ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda yarışlar keçirildi...davamı

 



Bu torpaq sənindir!

Bu gün Azərbaycan əsgəri sabaha, gələcəyə böyük inam və ümidlə baxır. Ona görə ki, onun Azərbaycan adlı Vətəni, müstəqil dövləti, müdrik və iradəli Ali Baş Komandanı var. Ona görə ki, onun qüdrətli, güclü, nizam-intizamlı, yüksək döyüş qabiliyyətinə malik ordusu  və bu orduya inamla, ümidlə baxan xalqı var...davamı

 

 

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında “Səmti müəyyənetmə” birinciliyi keçirildi

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında "Səmti müəyyənetmə" birinciliyi keçirildi. Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq uğurlar arzuladı...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı