Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2018 09:02

Vətənimizin igid oğulları ilə bərabər cəsur qızları da döyüşə hazırdır

Əlahiddə Ümumqoşun Orduda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların başa çatması münasibəti ilə buraxılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra zabitlərdən Ümman Nəcəfov, valideynlərdən Bəbir Yusifov, məzunlardan Xanım İbrahimova və Emin Quliyev çıxış edərək kursu bitirən gənclərə xidmətlərində uğurlar arzuladılar.
Mərasimdə Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırıldı. Təbrik oxunduqdan sonra məzunlara sertifikatlar təqdim edildi və kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemləri vurdu. Sonda məzunların tribuna önündən təntənəli keçidi oldu.
Tədbirdən sonra hər üç kursu uğurla başa vuran məzunların bir neçəsi öz təəssüratlarını bölüşdülər. Belə ki, qadın hərbi qulluqçulardan kursu müvafiq olaraq 1-ci, 2-ci və 3-cü olaraq başa vuran Aygül Bayramova, Lamiyə Məmmədova və Türkanə Quliyeva  dərslərdən danışdılar. Bildirdilər ki, sinif şəraitində hərbi-nəzəri dərslərdə, praktiki məşğələlərdə və təlim-atış çalışmalarında iştirak ediblər. Qadın hərbi qulluqçular kursu müvəffəqiyyətlə bitirərək igid oğullarımızla bərabər xidmətə başlamaqdan böyük qürur hissi keçirdiklərini qeyd etdilər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Elmin Ağayev, Asim Məhərrəmov, Anar Nəbiyev, gizirlər Xəndan Əzimli, Pünhan Qasımlı, Murad Orucov yüksək nəticə göstərərək kursları ilk üçlükdə tamamlayıblar. Məzunlar bildirdilər ki, kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi