Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2018 09:05

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında “Səmti müəyyənetmə” birinciliyi keçirildi

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında "Səmti müəyyənetmə" birinciliyi keçirildi. Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq uğurlar arzuladı.
15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı yarış gərgin mübarizə şəraitində keçdi. Birinciliyin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəldilər. Yarış hərbi qulluqçuların dözümlülüyünün yoxlanması, kompas və xəritədən istifadə bacarıqlarının təkmilləşdirilməsi, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədi ilə keçirildi. Komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə motoatıcılar, 3-cü yerdə isə tankçılar qərarlaşdı. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırıldılar.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi