Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 69 (2577)

Təlimdə tər, döyüşdə zəfər...

Vətən müharibəsində qazanılan qələbələrdən fərəhlənən zabit və əsgərlərimiz bu gün təlim-məşqlərdə daha böyük həvəslə, xidmətdə yeni-yeni uğurlar əldə etmək amalı ilə iştirak edirlər. Şəxsi heyət təlimlərdə döyüş hazırlığını durmadan artırır, daim zəfər ovqatına köklənir. Bu isə zabit və əsgərlərimizin sabahkı uğurlarından xəbər verir...davamı


Vətən müharibəsindəki qələbəmiz şəhid ailələri üçün təsəllidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri də, qazilərə, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğısı da ictimaiyyətin dövlətə, dövlətçiliyə sədaqətini dönməzləşdirir. İşğaldan azad olunmuş ərazilərdə başlayan quruculuq işlərinin mahiyyəti Zəfərin davamıdır, qazilərə, şəhid ailələrinə qayğı dövlətin daxili siyasətinin tərkib hissələrindəndir. Hər ikisi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsini, dünyəviliyinin təkmilləşdirilməsini, vətəndaş-dövlət münasibətlərinin aliliyini təmin etməkdədir...davamı



"Sülhməramlı missiyamızı layiqincə yerinə yetirdik”

Dünyanın aparıcı orduları sırasında olan rəşadətli Azərbaycan Ordusunun inkişaf tarixi uzun və keşməkeşlidir. Müstəqil Azərbaycan Respublikasının banisi, ordu quruculuğunda əvəzsiz pay sahibi olan əbədiyaşar komandan Heydər Əliyev çıxışlarında nizami ordunun yaradılmasının və onun döyüş qabiliyyətinin artırılmasının vacibliyini dönə-dönə vurğulayırdı. Uğurlu hərb siyasətinin əsas tərkib hissəsi milli kadrlarımızın hazırlanması, hərbi hissə və digər hərbi təyinatlı müəssisələrin modern tələblərə uyğun qurulması qarşıya qoyulan prioritet məsələlərdən idi. Görülən saysız-hesabsız işlərin nəticəsi kimi, Azərbaycan Ordusu nizami ordu olaraq formalaşdı və qısa müddət ərzində bu sahədə mühüm irəliləyişlər əldə olundu...davamı



“Döyüşlərdən alınan xəbərlər xalqımızı sevindirirdi”

Vətən müharibəsi iştirakçısı olan zabit və əsgərlərlə söhbət etdikcə istər-istəməz ürəyimiz açılır, qəlbimiz qürur və sevinclə dolur. Onların danışdıqlarına qulaq asdıqca gözlərimiz qarşısında döyüş səhnələri canlanır. Bu səhnələrdə Azərbaycan zabitini, Azərbaycan əsgərini igid, məğrur və cəsur görürük...davamı



“Bu gün üçün atama minnətdaram...”


Ermənistan silahlı birləşmələri 2016-cı ilin aprelində irimiqyaslı təxribat törətmək məqsədi ilə müxtəlif təyinatlı atıcı silahlardan istifadə etməklə Azərbaycanın ərazilərinə hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad etməyə qadir olduğunu təsdiqlədi. Düşmən bunu etiraf etmədi. Etiraf etsəydi, təklif olunan sülh danışıqları ilə razılaşardı. Ancaq işğalçılıq niyyəti bəşəri duyğuları nəinki korşaldır, həm də şikəst edir. Ermənistanın xarici siyasəti də bu vəziyyətə düşmüşdü. 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisindən hücuma keçdi. Bu hücumun da qarşısı qətiyyətlə alındı...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı