Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2021 15:05

"Azərbaycan Ordusu" qəzeti № 66 (2574)

Təcrübə döyüşdə qələbəni sürətləndirən amildir

Azərbaycan Ordusunun inkişafı və müasir ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsas prioritetlərdən biri oldu. Ordunun inkişaf etdirilməsini, onun dünya standartlarına uyğun formalaşdırılmasını, həmçinin hərbi kadrların dövrün tələbini nəzərə alaraq yetişdirilməsini Əbədiyaşar Komandanımız hər zaman xüsusi vurğulayıb...davamı  



“Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”


Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında Zəfər çaldı. İşğalçı erməni faşistləri torpaqlarımızdan qovuldu...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Müasir cəmiyyətdə dinin rolu və yeri. Azərbaycanda islami dəyərlərin bərpası. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.
Suallar:
1. Müasir cəmiyyətdə dinin rolu və yeri.
2. Azərbaycanda islami dəyərlərin  bərpası.
3. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir...davamı



“Mən də tarix yazacam” demişdi…


Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuşdu. 1996-cı ildə. Şəhid Yaşar Əsgərov adına orta məktəbdə oxuyanda o da valideynlərindən, müəllimlərindən Ermənistanın torpaqlarımıza hücumlar etdiyini, rayonlarımızın işğal olunduğunu, Meşəlidə, Bağanıs Ayrımda, Ağdabanda, Xocalıda faciələr törətdiyini eşidirdi. Onun da qəlbi gizildəyirdi...davamı



Səmaların fatehləri

Bir zamanlar uçmaq insanların gerçəkləşməyəcək xəyallarından biri olaraq qalmaqdaydı. Səmada olan dəyişiklikləri - gecəylə gündüzün növbələşməsini, ildırımın çaxmasını və digər hadisələri insanlar daha yaxından izləmək istəyirdilər. "Uçan xalça", "Simurq quşu" səmalara can atan insanların təfəkkürünün məhsulu idi. Nağıllarda, əfsanələrdə, hətta qədim abidələrimizin üzərində belə motivlərlə rastlaşa bilərik...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı