Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2026 19:24

"Azərbaycan Ordusu" qəzeti № 61 (3063)

Heydər Əliyev - müasir Azərbaycanın və qalib ordunun qurucusu

Azərbaycanın müasir tarixində 1991-ci il sentyabrın 3-ü də xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın və deputatların təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi...davamı



Vətən qarşısında məsuliyyət cinslə ölçülmür


Tarix bəzən özünün ən mühüm səhifələrini döyüş meydanlarında yazır. Həmin səhifələrdə isə yalnız kişilərin deyil, qadınların da adı var. Tomrisdən Janna d’Arka qədər müxtəlif dövrlərdə yaşamış qadınlar sübut ediblər ki, Vətənin müdafiəsi, cəsarət və liderlik yalnız bir cinsə aid edilə bilməz. Tarix insanın qarşısına sınaq qoyanda onun qadın və ya kişi olmasına deyil, hansı iradəyə, hazırlığa və əqidəyə sahib olduğuna baxır...davamı



Dördkünc Mərdəkan qəsri

Abşeronun qədim yaşayış məskənlərindən biri olan Mərdəkan qəsəbəsi əsrlər boyu strateji mövqeyi ilə seçilib. Xəzər sahilinə yaxın yerləşən bu ərazi orta əsrlərdə mühüm yaşayış məntəqələrindən olmaqla yanaşı, müdafiə baxımından da əlverişli mövqeyə malik olub. Bu gün Mərdəkanın tarixi simasını müəyyənləşdirən abidələr sırasında Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri adı ilə tanınan memarlıq abidəsinın xüsusi yeri var...davamı



Beynəlxalq hərbi təhsil sistemi: oxşar metodlar, fərqli yanaşmalar


Yeniyetməlik dövrü insan həyatının ən həssas və mühüm mərhələlərindən biridir. Bu dövrdə uşaqlar həm fiziki, həm də psixoloji dəyişikliklər yaşayır, öz şəxsiyyətlərini formalaşdırmağa çalışırlar. Bəzən bu dəyişikliklər davranış problemləri, aqressivlik, məsuliyyətsizlik və ya intizamsızlıq kimi hallarla müşahidə oluna bilər. Buna görə də yeniyetmələrin enerjisinin düzgün istiqamətə yönəldilməsi həm fərdin inkişafı, həm də cəmiyyətin gələcəyi üçün böyük əhəmiyyət daşıyır...davamı



“Bizim işimiz haqq işidir, qələbə çalacağıq!”

Riad Fikrət oğlu Əhmədov Birinci Qarabağ müharibəsi zamanı respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşərək, “Bizim işimiz haqq işidir, qələbə çalacağıq!” deyərək şəhidlik zirvəsinə ucalan və “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən ilk peşəkar, vətənpərvər şəhid zabitlərimizdən biri olub. Onun şanlı və şöhrətli ömür yolu ordumuzun şəxsi heyətinə örnəkdir...davamı



“Əfsanəyə dönən ömür – Əli” kitabının təqdimatı keçirilib

Şərur rayon Mədəniyyət Evində Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid baş leytenant Əli Cavad oğlu Əliyevin doğum günü münasibətilə xatirəsinə həsr olunmuş, “Şərq qapısı” qəzetinin humanitar-siyasət şöbəsinin müdiri Ramiyə Əkbərovanın qələmə aldığı “Əfsanəyə dönən ömür – Əli” kitabının təqdimat mərasimi keçirilib...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Döyüş mühafizəsində, döyüş növbəsində, qarovulda və daxili naryadda xidmətin nümunəvi aparılması ordunun yüksək döyüş hazırlığının rəhnidir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı